Gündəm

Qar Şamaxını vurdu: 5 kəndlə əlaqə kəsildi

25-01-2016, 21:40
Qar Şamaxını vurdu: 5 kəndlə əlaqə kəsildi

"Report"un məlumatına görə, güclü qar səbəbi ilə rayon ərazisindəki yollar bağlanıb və ucqar dağ kəndləri ilə əlaqə kəsilib. 

Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur. Şamaxı rayon 9 saylı Yol İstismarı İdarəsindən bildirilib ki, hazırda idarənin balansında olan 10-a yaxın ağır texnika və canlı qüvvə Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisndən keçən hissəsini qardan təmizlədiyi üçün kənd yollarının qardan təmizlənməsi işlərinə və yolların açılmasına günün ikinci yarısı başlanılacaq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]