İdman

Şəhriyar Məmmədyarov qələbə ilə başladı

23-07-2018, 14:30

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən 51-ci Beynəlxalq Şahmat Festivalına qələbə ilə başlayıb.

Oxu.Az xəbər verir ki, şahmatçımız ağ fiqurlarla İsveçrəni təmsil edən Niko Qeorqiadisə qalib gəlib.

İlk turdan sonra Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə birgə başçılıq edir. Növbəti turda şahmatçımız Çexiya şahmatçısı David Navaraya qarşı mübarizə aparacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]