İdman
Andrey Şevçenko Ukrayna millisi ilə müqaviləsini 2020-ci ilədək uzadıb
22-07-2018, 01:08
Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko ilə müqavil 2020-i ilin iyulunadək uzadılıb.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib. Əfsanəvi futbolçu ilə yanaşı, köməkçiləri Andrea Maldera, Mauro Tasotti və Pedro Xaro ilə də yeni sözləşmə imzalanıb.
Federasiya məşqçiər heyətinin qarşısına 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə məqsədi qoyub.
Qeyd edək ki, Andrey Şevçenko 15 iyul 2016-cı ildən Ukrayna millisinin sükanı arxasındadır.