İdman

Azərbaycan millisinin futbolçusu Ukrayna klubuna keçib

18-07-2017, 09:40

Milli komandamızın müdafiəçisi Pavel Paşayevin Ukraynanın “Aleksandriya” klubuna keçidi rəsmiləşib.

Xeberman.com Apasport.az-a istinadən məlumatına görə, yığma üzvü bu gün yeni klubu ilə rəsmi müqavilə imzalayıb.

Müqavilənin müddəti və digər detallar barədə məlumat verilməyib.

Paşayevin son klubu Ukrayna “Stal”ı olub.

Qeyd edək ki, “Aleksandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə”nin potensial rəqibidir.

Təmsilçimiz Rumıniya “Astra"sını keçəcəyi halda, məhz Paşayevin yeni klubu ilə qarşılaşacaq.
[i][/i]

Administratorla əlaqə

077 611-55-22

[email protected]