Yaşam

Qonşusu “Suraxanı Oil” olanın həyatı belə riskdə olar- VİDEO

25-01-2016, 10:53
"Suraxanı Oil” şirkətinin Suraxanı rayonu Əmircan qəsəbəsindəki inzibati binasının həyətində yerləşdirilmiş su çəni ərazidə yaşayan sakinlər üçün təhlükə mənbəyinə çevrilib.
 
Moderator.az – ın əməkdaşı sakinlərin xahişi ilə ərazidə olub. Adıçəkilən ünvanda real durumu oxuculara təqdim edəcəyimiz videomaterialda görmək mümkün olacaq…
 
Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, su çəni dolduqdan sonra binanın hasarındakı işıq lampalarının üzərinə tökülür. Bu da ətrafdan keçən sakinlərin həyatı üçün real təhlükə yaradır. Eyni zamanda su çənin üzərindən elektrik xətləri də keçir. Ərazidə oynayan azyaşlı uşaqlardan biri kabelə toxunsa, hər an onu elektrik cərəyanı vura bilər. Eləcə də yağışlı günlərdə kabellərin açıq yerləri islanaraq qısa qapanma hadisəsi baş verə bilər ki, bu da yolun kənarı ilə gedib-gələn sakinlərin həyatı üçün təhlükəlidir. Bununla bağlı ərazidəki sakinlər narazılığını bildirir, amma heç kəsin problemin həlli ilə maraqlanmadığı iddia olunur…

Administratorla əlaqə

077 611-55-22

[email protected]