Xəbərlər / Maraqlı

Pişik politoloqun müsahibəsinə mane oldu – VİDEO

8-07-2018, 20:46
Polşalı tarixçi Yerji Tarqalskinin pişiyi Lisio sahibi ilə birlikdə Hollandiyanın NTR televiziyasının müsahibə çəklişində iştirak edib.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, Tarqalski Polşada siyasi gərginlik və ölkənin təhlükəsizlik xidmətinin rolu barədə danışarkən pişiyi kadra daxil olub.

O, pəncələrini tarixçinin qoluna qoyaraq əsəbi formada miyoldamağa başlayıb. Kadrlardan görünür ki, pişik daha sonra Tarqalskinin çiyninə çıxır, başını onun ağzına sürtür və qulağını yalayır.

Tarixçi bütün bunlara baxmyaraq, bir neçə dəfə pişiyin quyruğunu üzündən çəkərək müsahibəyə davam edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]