İdman

"Bu, mənim karyeramda ən kədərli andır" -Neymar

8-07-2018, 13:44
"Bu, mənim karyeramda ən kədərli andır" -NeymarBraziliya millisinin futbolçusu Neymar DÇ-2018-də mübarizəni dayandırmalarına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bununla bağlı o, "İnstaqram" hesabında yazıb:

“Deyə bilərəm ki, bu, karyeramda ən kədərli andır. Çox ağrılıdır. Çünki daha irəli gedə və yeni tarix yaza bilərdik. Ancaq bu dəfə olmadı. Yenidən futbol oynamaq istəmək üçün güc tapmaq çətindir. Əminən ki, Tanrı mənə bu vəziyyətdən çıxmaq üçün lazımi gücü verəcək. Buna görə də heç vaxt Tanrıya şükr etməyi dayandırmayacam . Hətta məğlubiyyətlərdən sonra belə. Bu komandanın bir parçası olduğum üçün xoşbəxtəm və hamı ilə fəxr edirəm. Xəyalımız gerçəkləşmədi, ancaq o, ürəyimizdə və ağlımızda qaldı”.

Qeyd edək ki, Braziliya 1/4 finalda Belçikaya 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]