Dünya

İranda terror törədən İŞİD yaraqlıları edam edildi

7-07-2018, 18:15

İranda İŞİD terror təşkilatının səkkiz yaraqlısı edam edilib.

Oxu.Az “Tasnim” agentliyinə istinadla xəbər verir ki, onların 2017-ci ildə Tehrana edilən hücumlarda əli olduğu bildirilib.

2017-ci ildə qadın geyimli dörd yaraqlı İran parlamentinin binasına atəş açıb. Daha sonra silahlılardan biri özünü partladıb. Həmçinin Xomeyni məqbərəsi də hücuma məruz qalıb. Hadisə nəticəsində 20 nəfər həlak olbu, onlarla insan yaralanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]