Xəbərlər

Ermənistanın sabiq müdafiə naziri axtarışa verildi

3-07-2018, 17:07

Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan 2008-ci il martın 1-də baş verən hadisələr səbəbindən axtarışa verilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı erməni KİV xüsusi istintaq xidmətinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumata əsasən, iyulun 3-də cinayət işinin araşdırılması ilə məşğul olan istintaq qrupunun rəhbəri fevralın 23-dən martın 2-dək olan dövrdə Ermənistanın konstitusiya quruluşunun zorla devrilməsi ilə əlaqədar müdafiə naziri və digər şəxslərə cinayət işi başlayıb.

Əldə edilən sübutlara əsasən, sabiq müdafiə naziri Mikael Arutyunyanın həbs edilməsi ilə bağlı qərar qəbul edilib.

2008-ci il martın 1-də polis prezident seçkilərinin nəticələrindən narazı olan vətəndaşların yığışdığı çadıra hücum edib. Hadisə nəticəsində 10 nəfər vəhşicəsinə öldürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]