Elm

Bu cihaz uşağın istedadını ölçür - VİDEO

23-06-2018, 12:42

Uşağınızın istedadını və hansı sahədə daha uğurlu olacağını indidən öyrənmək də mümkün imiş. Belə ki, interfeys adlı bir cihaz ilə aparılan diaqnostika uşağın potensialını, yaddaş və diqqət gücünü müəyyən edir.

Cihaz əvvəlcə uşağın başına taxılır. Daha sonra isə işə salınır və aparılan müxtəlif testlərlə beyindən informasiya toplamağa başlayır. Beyindən əldə edilən informasiya mərkəzləşmiş sistem ilə bazaya ötürülür. Sonda isə həmin informasiya təhlil edilir. Cihaz vasitəsi ilə həyata keçirilən bu test ilə uşağın istedadı, xüsusən də yaddaş və diqqət gücü müəyyən edilir. 4 yaşından yuxarı uşaqlar üzərində aparılan bu unikal diaqnostika ilə uşaqların təhsil materialını mənimsəmə sürəti müəyyən edilir. Dərs zamanı diqqət dağınıqlığı, təhsil materialının qavranmamasının səbəblərini də aşkar etmək mümkündür.

Ən əsası isə cihaz uşağın riyaziyyat, musiqi, dil, idman və yaradıcılığa meylini dəqiq şəkildə müəyyənləşdirir.

Qeyd edək ki, bu diaqnostika ilk dəfə 2014-cü ildə Rusiyada aparılıb. /xezerxeber.az


Administratorla əlaqə

077 611-55-22

[email protected]