Xəbərlər

“Facebook” eşitmə problemi olanlara dəri ilə “eşitməyi” öyrədəcək

20-04-2017, 18:21

“Facebook”un bölmələrindən biri eşitmə qabiliyyətindən məhrum olan insanlara səsləri dərinin köməyi ilə tanımağa imkan verəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.

Yeniliklər bölməsinin rəhbəri Regina Duqanın sözlərinə görə, mütəxəssislər cihaz və proqram həlləri üzərində çalışırlar. Bu cihaz və proqramların yardımı ilə insanları əhatə edən səslərin titrəşimə çevirəcək, bu titrəşimləri isə dəri vasitəsilə “oxumaq” mümkün olacaq. Cihazın yaratdığı müəyyən tezliklər eşitmə orqanlarının yardımı olmadan beyin tərəfindən qəbul ediləcək.

Duqan bunu qulaqda olan ilbiz ilə müqayisə edib. Onun fikrincə, bu qəbildən olan texnologiyaları Brayl şriftinin tətbiqi ilə müqayisə etmək olar.

İlkin kütləvi nümayiş zamanı cihaz 10 sözü impulsa çevirə bilib. Təcrübədə iştirak edən şəxs nümayiş etdirilən bütün sözləri eşidə bilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]