Dünya

İranda silsilə terror aktlarının qarşısı alınıb

11-06-2018, 21:45

İran təhlükəsizlik qüvvələri Tehran və digər iri şəhərlərdə terror aktları törətməyi planlaşdıran 20-dən çox terrorçunu həbs edib.

Oxu.Az “Təsnim” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin informasiya və milli təhlükəsizlik nazirliyi bəyanat yayıb.

Agentliyin məlumatına görə, saxlanılan 27 nəfər Ramazan ayı ərzində və fələstin xalqına həmrəylik məqsədilə keçirilən Əl-Qüds günündə silsilə hücumlar həyata keçirməyi planlaşdırıb.

Təhlükəsizlik qüvvələri terrorçulara aid hərbi avadanlıqları, partlayıcı qurğuları, əl qumbaraları, odlu silah və sursatları müsadirə edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]