Media / Dünya

Öldürüldüyü bildirilən rusiyalı jurnalist sağ imiş

30-05-2018, 19:31

Ukraynada öldürüldüyü iddia edilən rusiyalı jurnalist Arkadi Babçenko sağ imiş.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) konfransına qatılıb.

“Mən Arkadi Babçenkonun ailəsinə başsağlığı vermək istərdim, lakin bunu etməyəcəm. Əksinə, mən bu gün Arkadiyi üçüncü doğum günü münasibəyi iləm təbrik edirəm və onu zala dəvət edirəm”, - SBU-nun rəhbəri Vasili Qritsak açıqlayıb.

O, həmçinin əlavə edib ki, Babçenkoya sui-qəsd hazırlanması barədə qurumun məlumatı olub. Onun ölümü haqda məlumat isə xüsusi əməliyyat çərçivəsində yayılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]