Xəbərlər / Maraqlı

Siqaret pulunu yığıb helikopter düzəltdi - FOTOLAR

30-04-2018, 10:42

Qusar rayonu Samur qəsəbə sakini 67 yaşlı Mirzəxan İmamquluyev siqaretə xərclədiyi pulu yığaraq helikopter hazırlayıb.

Lent.az-ın ARB TV-ə istinadən məlumatına görə, uzun müddət siqaret aludəçisi olan M.İmamquluyev 3 dəfə əməliyyat keçirdikdən sonra həkim məsləhəti ilə zərərli vərdişdən qurtulub. Ona xərclədiyi pula isə ehtiyat hissələri alaraq helikopter hazırlamaq qərarına gəlib.

İxtiraçı deyir ki, bunun üçün ona cəmi 10 il lazım olub: “10 il ərzində pula qənaət etmişəm. Həm də sağlamlığa da xeyri olub. Siqaretə verilən puldan isə helikopter ixtira etmişəm".

Helikopteri ayağa qaldırmaq isə hələ ki, mümkün olmayıb. Çünki bunun üçün lazım olan avadanlıqlar Azərbaycanda yoxdur.

67 yaşlı kişinin ixtiraları isə bununla kifayətlənmir. O, fındıq təmizləyən qurğu ixtirası ilə fındıqların təmizlənməsi işini asanlaşdırıb. Qurğu üçün avtomobilin ehtiyat hissələrindən istifadə edən ixtiraçı cihazı daha da təkminləşdirmək istəyir.

O, daha bir texnikanın üzərində çalışır. Belə ki, həmin cihazla həm ot biçmək, həm də yer şumlamaq mümkün olacaq.





Administratorla əlaqə

077 611-55-22

[email protected]