Xəbərlər / Maraqlı

Azərbaycanlı alimdən maraqlı ixtira: Enerjiyə qənaət olunur - VİDEO

1-03-2018, 10:27

Azərbaycanlı alim neft çıxarma sahəsində elə bir ixtiraya imza atıb ki, bu yeniliyin tətbiqi ilə elektrik enerjisinə 25% qənaət etmək mümkündür. Qurğuların iş əmsalını da 6 %-ə qədər artırır. Artıq bu ixtiraya bir çox ölkələr maraq göstərib.

Xeberman.com xezerxeber.az-a istinadən bildirir ki, enerjiyə qənaət olunur, faydalı iş əmsalı artır.

Yeni üsulla hazırlanan neft mancanağı və onu hərəkətə getirən əvvəlkindən dəfələrlə kiçik reduktur elektrik enerjisinə 25 % dək qənaət etməyə imkan verir.Eyni zamanda redukturun quraşdırıldığı avadanlıqın iş əmsalı 6 % artır...

Bu ixtiraları Azərbaycan Texniki Universitetin kafedra müdiri,professoru Əli Nəcəfov həyata keçirib.

Bu avadanlıq dərin quyulardan su çıxarılmasında da istifadə edilə bilər. Yeni bu reduktur isə təkcə neft və su çıxarma deyil həm də lift, hərbi və mülki texnika və digər avadanlıqlarda istifadə edilə biər.

Redukturun yoxlanılması üçün Socar tərəfindən ixtiraçıya maliyyə vəsaiti ayrılıb və yoxlanış uğurla tamamlanıb. Bu ixtira Küveytə keçirilən ixtiraçıların sərgisində də 3-cü yerə layiq görülüb.

Artıq Ukraynada helikopter istehsalı edən bir şirkətin nümayəndələri Bakıda olub ixtira ilə tanış olublar. Hazırda danışıqlar aparılır. Əli Nəcəfovun əsas istəyi isə patentini aldığı ixtiradan ölkəmizdə istifadə edilməsidir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]