Xəbərlər / Maraqlı

İti yoxa çıxan uşaq 10 gündür dayanmadan ağlayır - VİDEO

29-04-2018, 10:59

11 yaşlı Aydın Zəkiyev 10 günə yaxındır dayanmadan ağlayır. Buna səbəb saxladığı itin yoxa çıxmasıdır.

Milli.Az bildirir ki, o Abşeron rayonu Xırdalan şəhərindəki parkda oynayarkən itini itirib. Elə o gündən dayanmadan ağlayır və itini istəyir. Valideynləri ona yeni it alsalar da, Aydın deyib ki, ancaq öz itini istəyir. Valideynləri onun sakitləşmədiyini görüb "XəzərXəbər"ə müraciət ediblər ki, bəlkə iti tapanlar gətirib onu geri qaytara.

Valideynləri Aydının depressiya qapılmağından narahatdırlar. İnanırlar ki, iti tapanlar gətirib Zəkiyevlər ailəsinə təhvil verəcəklər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]