Xəbərlər / Maraqlı

Bakının elit bərbərxanalarında saç kəsimi neçəyədir? - QİYMƏTLƏR - VİDEO

24-04-2018, 10:29

Bakıda elə bərbərxanalar var ki, burada bir nəfərin saçını kəsdirməsi və üzünü təraş etdirməsi 40 manatdan baha başa gəlir. Təkcə saç kəsimi isə 15-25 manatadır. Qiymətlərin adi bərbərxanalarla müqayisədə bir neçə dəfə baha olması sual yaradır. Burada təklif olunan xidmətlərin üstünlüyü varmı?

Bakıda saçların ucuz kəsildiyi yerlərlə yanaşı, elit bərbərxanalar da var. Əsasən şəhərin mərkəzi hissələrində yerləşən bu studiolarda 1 nəfərin saçı ilə bərabər saqqal təraşı və saqqala forma vermə 40 manatdan baha başa gəlir.

Elit kişi salonlarında təkcə saç kəsimi ən azı 15 manatdan başlayır, 25 və 30 manata qədər davam edir. Qiymətlərin adi bərbərxanalarla müqayisədə bir neçə dəfə baha olması sual yaradır. Burada təklif olunan xidmətlərin üstünlüyü varmı?

Qiymətləri baha edən səbəblərdən biri də belə yerlərdə ayrıca olaraq üzə qulluq prosedurlarının da aparılmasıdır. Bu xidmətin qiyməti 20-30 manat arasında dəyişir.

Bahalı xidmətlərə həmçinin üzdə olan szanaqların aradan qaldırılması da aiddir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]