İqtisadiyyat / Dünya

İran dollardan imtina etdi

18-04-2018, 17:56

Dolların məzənnəsini nəzarətə almağa çalışan İranda Nazirlər Kabineti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək avrodan istifadəyə qərar verib.

İran telekanalları məlumat yayıblar. Bildirilib ki, bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avrodan istifadə ediləcək.

Məlum olub ki, bundan sonra bütün nazirliklər, dövlət təşkilatları və şirkətlər statistikalarını, məlumat və maliyyə göstəricilərini (beynəlxalq pul köçürmələri ilə bağlı) açıqlayarkən öz hesabatlarında avrodan istifadə edəcəklər.

Qeyd edək ki, rialın dollara nisbətdə zəifləməsinə qarşı tədbirlər görən İran hökuməti dollar/rial məzənnəsinin 42 rialda sabitləşməsini təmin etmişdi.

Bunun ardınca isə banklardan kənarda vətəndaşların nağd vəsaitlərinin 10 min avrodan artıq olmamasına qərar verilmişdi.

Belə ki, 10 min avrodan artıq pulu olanlar onu banklara yatırmalı idilər.

Nəzərə çatdıraq ki, İranla Türkiyə arasındakı ilk pul mübadiləsi dollar və arvoya dəyişdirilmədən, birbaşa (valyuta swap) reallaşdırılıb. // Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]