Kriminal

Qadın qeyri-rəsmi nikahda yaşadığı kişinin arvadını ODUN PARÇASI İLƏ ÖLDÜRDÜ

15-04-2018, 03:11
Lənkəran sakini qətlə yetirilib. PRess-az.com APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. Lənkəran sakini, 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə yetirilib.
Hadisəni törədən G. Salayeva artıq polis tərəfindən saxlanılıb.
Məlumata görə, S. Həsənova və G. Salayevanın hər birinin iki övladı var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]