Siyasət

Trampın Putinə zəngi Əliyevin aprel triumfu oldu - Gizlinlər...

14-04-2018, 02:03
Prezident Donald Tramp həmkarı Vladimir Putinə təbrik zəngiylə dünyaya rəsmi Vaşinqtonun mövqeyini açıqlamış oldu.
Amerikalı prezidentin Rusiyadakı seçkilərin nəticələrini legitim qiymətləndirməsi qarşıdakı dövrdə Kreml- Ağ ev əlaqələrinin heç də mehriban məcraya yönələcəyi anlamına gələ bilməz.
ABŞ konqressmenləri, senat və Dövlət Departamenti Trampın zənginə baxmayaraq anti-Moskva ritorikasını, iqtisadi müharibəni davam etdirəcəklər.
Məsələn, Tramp Britaniyada keçmiş rus casus Sergey Skripala qarşı əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə ilə hücuma cavab olaraq Rusiyanın onlarla diplomatının ABŞ-dan çıxarılmasına razılıq verə bilər.
Bloomberg agentliyinin administrasiyada istinad etdiyi mənbələrə əsasən verdiyi məlumata görə, bu təkliflə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının üzvləri çıxış edib.
Sadəcə, ABŞ və Avropa tərəfindən Rusiyadakı seçkilərin nəticələrinə müdaxilə edilmədi, mənfi rəy bildirilmədi. Ona görə də Moskvanın seçkisi sükutla keçdi.
Anaxeber.Az-ın Analitik Qrupunun qənaətincə, analoji münasibət apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinə də olacaq.
Rəsmi Bakının götürdüyü öhdəlikləri yerinə yetirməsi (böyük əfv, iqtisadi-siyasi islahatlar, kadr dəyişiklikləri və s.) müqabilində 11 apreldə açıqlanacaq seçkilərin nəticələrinə Qərb institutları, ABŞ ciddi və sərt rəy bildirməyəcəklər.
Təsadüfi deyil ki, seçkilərə sayılı günlər qalıb və nə Rusiyanın, nə Amerikanın Bakıda səfiri var. Yəni, nə edirsiniz edin, biz göz yumuruq. Eynilə 2008-ci il seçkilərini xatırladır.
Bakı isə referendumdan sonra götürdüyü islahat kursunu həyata keçirməkdədir və apreldən sonra daha ciddi kadr dəyişiklikləri gözlənilir.
Vitse-prezidentlik institutnun funksionallığının artırılması fonunda Nazirlər Kabineti 2025-ə qədər əhəmiyyətsizləşəcək. Bu 7 ildə hakimiyyət qaykaları bir az da bərkidəcək.
Siyasi-iqtisadi sahədə total nəzarət güclənəcək, media və siyasi təşkilatların imkanları daha da tükənəcək. Pisliyə doğru gedən prosesə Qərb yenə tamaşaçı qalacaq.
Böyük əfvlə siyasi məhbusların çoxu azad olunacaqsa, boşalan yerlərin doldurulması siyasəti bərpa ediləcək.
Ölkədə oliqarxiyanın resursları müsadirə olunaraq 1-2 hakim gücün əlində cəmləşəcək. Və iqtidar erkən seçki keçirməklə nəzərdə tutduğu planları qabağa çəkərək reallaşdıracaq.
Hazırda hakimiyyətin Avropadan gələn söyüş kampaniyası istisna olmaqla, başqa heç bir narahatlığı yoxdur. Bu arxayınlığı daə ldən vermirlər və ən kiçik məsələyə də həssasdırlar.
Anaxeber.Az-ın Analitik Qrupunun qənaətincə, iqtidar Qərbdən gələn söyüş dalğasının sonrakı nəticələrindən ehtiyat edir.
Ehtimal olunur ki, seçkidən sonra Avropadakı mühacirlərdən birini qətlə yetirib günahını hakimiyyətin üstünə atan dairələr meydana çıxa bilər.
Bunun qəzəbini isə yığıb-yığışdırmaq çətin olacaq. O baxımdan bu kampaniyanın pişim-pişimlə yekunlaşması arzulanır.
Onsuz da ATƏT, AŞ PA, Aİ, ABŞ Dövlət Departamenti və s. qurumlardan sərt tənqidlər, bəyanatlar olmayacaq.
Qərb Rusiyadakı seçkilərə seyrçi mövqeyindədirsə, Qafqaz ölkəsindəki seçkini ümumiyyətlə, qulaqardı edəcəklər.
Necə ki Ermənistanda keçirilən seçkilərə də dünya ciddi reaksiya bildirmədi. Görünür ki, Avropa Moskvanın Cənubi Qafqazdakı hegemonluğunu hələ də qəbul etməkdədir.
Digər bir versiya analitiklər tərəfindən səslənir ki, Ermənistan parlament üsul-idarəsinə keçəndən və Rusiyada Putinin növbəti qələbəsi təmin olunandan sonra rəsmi Yerevan Qarabağla bağlı hansısa güzəştlərə vadar edilə bilər.
Bir neçə rayonun qaytarılması söhbəti ortaya çıxa bilər və bu, Ermənistanda vəziyyəti gərginləşdirə bilər.
Görünür o vaxta qədər prezident İlham Əliyev prezident seçkisinin taleyini həll etmək istəyir. Yəni, qarşıda bilmədiyimiz qaranlıq tunel var və yalnız 1-ci şəxs gerçəklərin nə olduğunu bilir.
Hətta komanda daxilindəki güclü fiqurlar da məsələnin pərdəarxasını səhih və müfəssəl şəkildə bilmirlər.
Əgər seçkidən sonra Azərbaycan hakimiyyəti Rusiyaya yaxınlaşma siyasətində qabarıq addımlar atarsa, rus diplomatların Amerikadan çıxarılması planı kimi, Bakı əleyhinə güclü təzyiqlərə start verilə bilər.
Qərb Azərbaycanda hakimiyyəti zəiflətmək istəsəydi, vaxtilə Gürcüstan və Ukraynada atdığı addımı atardı, güclü media yaradardı.
Bu, yoxdur. Mövcud olan, qərbpərəst media örtüyü olan balaca KİV isə müxalifətin bir qanadını təmsil edir və təsir imkanı olduqca zəifdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]