Şikayət / Ölkə

Egologiya nazirliyində növbəti qanunsuzluq: departamet rəhbəri daş karxanalarını aylığa otuzdurub – ŞİKAYƏT

11-04-2018, 20:22
Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən daş karxanasının qanunsuz fəaliyyəti ilə bağlı Press-az.com-a məlumat daxil olub. Məlumatda bildirilir ki, Qobu qəsəbəsi ərazisində yerləşən təpədə daş karxanası sahibi qanunsuz qazıntılar aparır. Əldə etdiyimiz məlumatı dəqiqləşdirmək məqsədi ilə həmin əraziyə əməkdaşlarımızı göndərdik. Redaksiyaya ünvanlanan məlumat təstiqini tapsada daş karxanasının iş içraçısı qanunla fəliyyət göstərdiklərini, hətta aparılan qazıntılarla bağlı Ekologiya nazirliyinin departament rəsmiləri ilə razılaşdıqlarını bildiriblər. Bildirək ki. həmin ərazidə və digər yerlərdə də buna oxşar fəaliyyət göstərən daş karxanaları da mövcuddu. Həmin obyekt rəhbərləri də əməkdaşlarımızın suallarına eyni cavabı veriblər. Bizə maraqlı gələn odur ki, baş verən bu çür hadisələrin arxasında Egologiya nazirliyindəki şəxs belə bir gəlirli yeri necə əlində cəmləyib. Və. hətta nazirdə bu adama son yerin göstərə bilmir. Bütün bunlarla da bağlı əlimizdə olan məlumatlar dəqiqləşdirilir. Ekologiya nazirindən güclü olan bu şəxslə bağlı şok yarada biləcək məlumatları işıqlandırmağa çalışacağıq…

Onuda qeyd edək ki, daxil olan məlumatla bağlı növbəti yazıda geniş söhbət açacağıq…

Administratorla əlaqə

077 611-55-22

[email protected]