Əsas Səhifə / Gündəm

QARADAĞIN İCRA BAŞÇISI PREZİDENTİN ƏMRİNƏ TABE OLMUR: SÜLEYMAN MİKAYILOV İŞ ADAMLARINA DİVAN TUTUR

21-12-2015, 20:23
QARADAĞIN İCRA BAŞÇISI PREZİDENTİN ƏMRİNƏ TABE OLMUR: SÜLEYMAN MİKAYILOV İŞ ADAMLARINA DİVAN TUTURİcra başçısının qanunsuz əməlləri ilə bağlı vaxtaşırı yeni-yeni faktlar üzə çıxır

Qaradağın icra başçısı Süleyman Mikayılovun qanunsuz əməlləri ilə bağlı hər gün yeni-yeni xəbərlər üzə çıxır.


Adı son dövrlərdə müхtəlif qalmaqallarda hallanan icra başçısı saхta diplom işində ittiham olunur. Söhbət Qaradağın icra başçısı Süleyman Mikayılovdan gedir.

2010-cu ildən Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə – yəni 42 yaşında isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyi bildirilir.

Amma başqa mənbələr bu diplomun saхta olduğunu iddia edib. Mediada yayılan xəbərələrə görə, Süleyman Mikayılov 2001-ci ildə Dərbənddə fəaliyyət göstərən ali məktəblərdən birinə pulla daхil olub və orda adı getsə də, özü məktəbin üzünü heç vaхt görməyib.

Həmçinin qeyd olunur ki, Qaradağın icra başçısı sonradan müəyyən yollarla Bakı Dövlət Universitetinin diplomunu əldə edib. İddia olunur ki, icra başçısı bu faktı ört-basdır etmək üçün əlindən gələni edir. Hətta onun bu detalı gizlətməkdən ötrü yaxın ətrafına tapşırıqlar verdiyi bildirilir.

Sənaye baxımından çox böyük potensiala malik olan Qaradağ rayonunda isə acınacaqlı durum yaranıb. Süleyman Mikayılovun xüsusi qanunları ilə idarə olunan rayonda ciddi sosial-siyasi problemlər hökm sürür.

Məlumatlara əsasən, icra başçısı Qaradağı xüsusi mülkiyyəti kimi idarə edir. Burada ən böyük sahibkar, iş adamı elə Süleyman Mikayılovun özüdür. Təsadüfi deyil ki, yerli iş adamları hər zaman rayonda yaranan gərgin atmosferdən şikayətçi olublar.

Süleyman Mikayılov tərəfindən daima təzyiqlərlə üzləşən sahibkarlar icra başçısının “fonduna” vəsait ödəməkdən müflis olublar.

Qaradağda hər hansı kiçik abadlıq işləri aparılan kimi iş adamlarının “qara günləri” başlayır. Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən 100-dən artıq daş karxanasının sahibi problemlə üzləşir.

2012-ci ildən daş karxanaları icra başçısına haqq ödəyir. İcra başçısına ödəniləcək məbləğ artıq 10 000 manatdan 30 000 manata qaldırılıb.

Bundan imtina edən sahibkarlara isə süni əngəllər yaradılmağa başlayıb. Sahibkarların böyük hissəsi bu haqqı ödəməyə razı olub.

Rayonda inşa olunan qanunsuz tikililər isə icra başçısının əlavə gəlir mənbəyidir. Qaradağda 50 mindən çox qanunsuz tikili var. Bunlardan yığılan vəsait milyonlarla ölçülür. Ev tikmək istəyənlərdən 5-10 min manat arasında rüşvət toplanır.
Ümumilikdə qanunsuz tikililərdən toplanan vəsaitin 200 milyon manatdan çox olduğu bildirilir. Toplanan pullar isə bilavasitə başçının “büdcəsinə” daxil olur. Büdcədən ayrılan vəsait isə naməlum təşkilatlara köçürülərək mənimsənilir. Rayon büdcəsi milyonlarla ölçülsə də, onun hara xərclənməsi sakinlərə bəlli deyil. S.Mikayılov rayon rəhbərliyinə gəlir mənbəyi kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosial cəhətdən iflic vəziyyətə düşüb.

Süleyman Mikayılov iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib.

Süleyman Mikayılov rayon ərazisində inşa olunan fərdi evlərin hər birinin ilk mərtəbəsindən müvafiq olaraq 3000 manat, ikinci mərtəbəsinə görə isə 5000 manat pul alır. Hələ rayon ərazisində satılan torpaq sahələri, korrupsiya halları da var. Məlumatda qeyd olunur ki, Qaradağın icra başçısı Süleyman Mikayılovun "Qaradağ” şadlıq sarayını çox ucuz qiymətə satışa çıxarıb.

Son günlər isə internetdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon şöbəsinin rəhbəri Əliyev Ceyhun İntiqam oğlunun qanunsuz əməlləri ilə bağlı videomaterial yayılıb. Elə bu videomaterial da rayonda ciddi özbaşınalıq və qanunsuzluqların baş alıb getdiyini təsdiqləyir.

Həmin videomaterialda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon şöbəsinin sabiq işçisi Muxtarova Gülnarə Nizam qızı bu rayonda qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən şok maxinasiyalardan danışır, konkret faktlar sadalayır, adlar çəkir.

Həmin videomaterialdan görünür ki, S.Mikayılov və C.Əliyevin göstərişi ilə məcburi köçkünlər necə aldadılır, rayonlarda yaşayan məcburi köçkünlərdən pul alaraq Bakıda ev verilməsi üçün onları Qaradağ rayonunda necə qeydiyyata alırlar. Bundan başqa məcburi köçkün olmayan vətəndaşlar kommunal xərclərdən yayınmaq üçün məcburi köçkün kimi qeydiyyata alınırlar, onlara qaçqın vəsiqəsi verilir və təbii ki, bütün bunlar rüşvətlə həll olunur.

Bir sıra hallarda isə pul verən şəxslər aldadılırlar və pis vəziyyətdə icra başçısı ilə şöbə müdirinin göstərişi ilə hərəkət edən G.Muxtarova qalır. G.Muxtarova bu barədə onlarla danışanda isə açıq şəkildə təhdid olunur.

Videomaterialda G.Muxtarova C.Əliyev tərəfindən hədələndiyini, icra başçısının adından ölümlə təhdid olunduğunu bildirir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı bəzi nazirliklərə hüquq mühafizə orqanları, icra hakimiyyətlərinə sərt xəbərdarlıq etmişdi. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirmişdi:
“Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.
Sözügedən çıxışdan sonra bir çox icra hakimiyyətləri vəziyəti düzəltməə çalışsalar da, Qaradağ rayon İcra Hakimiyyətini başçısı Süleyman Mikayılovun prezidentin heç bir tapşırığına əməl etmədiyi kimi, bu çıxışdan da nəticə çıxartmaq fikri yoxdur.
Belə ki, bir qrup sahibkarlar da Süleyman Mikayılovun əlaltıları tərəfindən əməlli-başlı soyulduqlarını bildirirlər. Xüsusilə də Qaradağ rayonu ərazisində fəaliyyət göstərən daş karxanalarının rəhbərləri Süleyman Mikayılovun əlaltıları tərəfindən əməlli-başlı soyulmalarından, icra başçısının adamlarının onlardan külli miqdarda rüşvət istəmələrindən bezdiklərini bildirirlər.
Sahibkarların bir müddət əvvəl yaydığı müraciətdə deyilirdi ki, Süleyman Mikayılovun tapşırığı ilə onun tabeçiliyində olan “qoçu” dəstələri hər karxananın ərazisinə və rentabelliyinə görə ayrıca haqq tələb edirlər. Bu "şapka"ların məbləği aylıq olaraq 2-5 min manat civarında dəyişir.
Məlumata görə, sahibkarlar tələb olunan rüşvətin məbləğinin çoxluğu üzündən vergini və Dövlət Sosial Müdafiə Fonduna ödəmələri, eləcə də kommunal haqları, işçilərin əmək haqlarını vaxtlı-vaxtında ödəyə bilmirlər.
Bu baxımdan onlar artıq ölkə başçısının bu çıxışından sonra birbaşa İlham Əliyevə məktubla müraciət edəcəklərini söyləyirlər.
Ümumiyyətlə rayondan daxil olan məlumatlarda vurğulanır ki, bu gün Qaradağ rayonunda olduqca acınacaqlı durum yaranıb. Səbəb isə budur ki, icra başçısı rayonu xüsusi mülkiyyəti kimi idarə edir. Bu gün Qaradağda inşa olunan qanunsuz tikililər də icra başçısının əlavə gəlir mənbəyi kimi çıxış edirlər. Açıqlamalara görə, rayonda son illərdə inşa olunmuş 50 mindən çox qanunsuz tikili var. Bunlardan yığılan vəsait isə milyonlarla ölçülür. Bildirilir ki, rayonda sadə ev tikmək istəyən vətəndaşlardan 5-10 min manat arasında rüşvət toplanır. Toplanan pullar isə bilavasitə başçının “büdcəsinə” daxil olur. Digər məlumata görə isə rayon rəhbərliyi Qaradağda həyata keçirilən yenidənqurma və abadlıq işlərini də özünün qazanc mənbəyinə çevirə bilib. Bu xüsusda açıqlamalarda bildirilir ki, icra başçısının yenidənqurma və abadlıq işlərində istifadə olunan üzlük və mişar daşlarını çox ucuz qiymətə, bir çox hallarda isə hətta pulsuz almasına rəğmən, müvafiq sənədlərdə həmin məhsulların qiyməti bir neçə dəfə şişirdilir. Mənbənin bildirdiyinə görə, bu yolla Süleyman Mikayılov ayrılan dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır. Belə ki, Qaradağdakı daş karxanalarında hasil edilən əhəng daşının yerində qiyməti 20-25 qəpikdən baha başa gəlmir. Amma tikinti zamanı istifadə olunan bu materialların sənədlərdə qiyməti 60-65 qəpik göstərilir ki, bu da qiymətin təxminən 3 dəfə şişirdilməsi deməkdir. Üzlük daşlarına gəldikdə isə burada qazanc 2 dəfə artıqdır. Çünki emal olunmuş həmin daşların maya dəyəri təqribən 18-20 manata bərabər olur. Amma icra başçısı onları sənədləşdirərkən 33-35 manat civarında göstərir. Bundan başqa məlumatlı mənbələr iddia edirlər ki, hər il rayonun sosial iqtisadi inkişafı üçün milyonlarla manat vəsait ayrılsa da, onların aqibəti heç kimə məlum deyil. Qismən aparılan təmir işləri günəmuzd fəhlələrə gördürülür. Büdcədən ayrılan vəsait isə naməlum təşkilatlara köçürülərək mənimsənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]