Dünya

Ermənistanın yeni prezidenti and içdi

9-04-2018, 16:52

Ermənistanda yeni seçilmiş prezident Armen Sarkisyanın inauqurasiya mərasimi keçirilib.

Oxu.Az “News.am”a istinadən verdiyi məlumata görə, bu məqsədlə İdman–konsert kompleksində Ermənistan parlamenti tərəfindən xüsusi mərasim təşkil olunub.

Qeyd edək ki, martın 2-də A.Sarkisyan ölkənin yeni prezidenti seçilib. A.Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışıb, əvvəllər Ermənistanın baş naziri olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]