Media

“Kanal 13” internet televiziyası direktorunun həbs müddəti artırıldı

30-08-2017, 10:03

Nəsimi Rayon Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Xeberman.com xəbər verir ki, bu barədə Report-a onun vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Orucovun barəsində seçilmiş həbs-qətimkan tədbiri üç ay müddətinə artırılıb.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, məhkəmə onun barəsində 30 sutka inzibati həbs cəzası qərarı çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]