Kriminal

Azərbaycanda nazirliyin işçisi özünü asdı - YENİLƏNDİ

6-04-2018, 02:02
Neftçala rayonu Xıllı qəsəbəsində intihar edən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi olub.

Qəsəbə bələdiyyəsindən verilən məlumata görə, qəsəbə sakini 1969-cu il təvəllüdlü Elşən Əhəd oğlu Əhədov ali təhsilli və zəhmətkeş adam olub: "Elşən çox zəhmətkeş, ali savadlı adam idi. Ziyalı ailə olublar. Özü Ekologiya və Təbii Sərvətlər NazirliyininNeftçala rayonXıllı Nərə Balıqartırma zavodunda işləyirdi. Son 5-6 gündür işə də getməyib. 4 qızı var. Qızlarından ikisi ali məktəbdə oxuyur. İkisi də orta məktəbdə. Həyat yoldaşı məktəbimizdə ibtidai sinif müəlliməsidir. Heç bir içki, borc söhbəti olmayıb. Heç kim başa düşmür niyə intihar edib. Son günlər özünə qapanıbmış. Elə dünən axtarıblar axşam saat 7-dən sonra. 9 a qalmış Kür çayının kənarındakı köhnə istifadəsiz hamamda asılmış vəziyyətdə tapıblar. Polis işi araşdırır".

***

Neftçala rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Elşən Əhəd oğlu Əhədov həyətdəki hamamdan özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]