Kriminal

Daha bir intihar: Halalıq aldı, sonra...

27-01-2017, 14:15
Bu gün səhər saatlarında Ağsu rayonu Bico kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Kamil Abbasov özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidən asaraq intihar edib.

Kənd sakinlərinin verdiyi məlumata görə, K.Abbasovun psixi problemi varmış. Sakinlər deyir ki, problemləri olsa da onlar Kamili sakit biri kimi tanıyıblar, heç vaxt problem yaradan şəxs olmayıb:

"Ailəsi onun 2011-ci ildən psixi problemlərinin yarandığını deyir. O vaxta qədər onun heç bir problemi olmayıb. Birdən-birə bu xəstəlik yaranıb, bu vaxta qədər bir neçə dəfə Bakıda müalicə olunub. Dünən gecə də özünü narahat hiss edib, gərgin olub. Atası Bakıda işləyir, hətta onu da çağırıblar. Kamil gecə qardaşını yuxudan oyadaraq halallıq istəyib. Saat 06 radələrində isə həyətə çıxıb, intihar edib. Həmin vaxt ailə üzvləri ayıq olub. Onun ardınca həyətə çıxsalar da, 5 dəqiqə ərzində Kamil özünü asıb, onu xilas edə bilməyiblər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]