Foto Fakt / İslam

Gürcüstanda "Ailə institutu və dini dəyərlər” adlı konfrans keçirilib - FOTO

4-04-2018, 02:32
Xeberman.com-un verdiyi məlumata görə,Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyində "Ailə institutu və dini dəyərlər” mövzusunda konfrans təşkil olundu. Müsəlman Qadınlar İcması və Həzrət Zeynəb (s.ə) adına cəmiyyətin təşkilatçılığı ilə keçirilən konfransda rayonun müxtəlif yerlərindən xanımlar iştirak etdi.Qurani-Kərimin tilavətindən sonra konfransı giriş sözü ilə açan Rəhimə Qurbanova öncə bu günə təsadüf edən Hz. Zeynəbin (s.ə) vəfatı ilə bağlı başsağlığı verib bu mövzuda keçirilən silsilə konfransların əhəmiyyətindən danışdı. Sonra Xanım Zeynəbin (s.ə) həyatından bəhs edən qısa video çarx nümayiş olundu. Konfrans açıq elan olunduqdan sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İİR-nın Təbriz şəhərindəki Tibb Üniversitetinin mədəniyyət və ailə məsələləri üzrə eksperti xanım Zəhra Kuhi , İcmanın üzvləri olan din müəllimələri Rəna Elçiyeva və Aişən Ziyadəliyeva çıxış etdilər. Çıxış edənlər Ailə institununun formalaşmasında və qorunub saxlanılmasında dini dəyərlərin rolu, Ailə problemləri, ailədaxili ziddiyyətlərin səbəbi, xöşbəxt ailənin sirləri və valideyn övlad münasibətləri haqda ətraflı danışdılar.








Administratorla əlaqə

077 611-55-22

[email protected]