Foto Fakt

Hamı onun gördüyü işə paxıllıq edir – Bütün dünyanı pulsuz gəzir – FOTOLAR

28-03-2018, 15:13
Həm əylənir, həm işləyir…

Gənclərin iş həyatına başlamadan əvvəl cib xərcliyi üçün ofisiantlıq və başqa işlərlə məşğul olmaları çox təbii haldır. Ancaq 20 yaşındakı Aleks Maçeres üçün vəziyyət bir qədər fərqlidir.

Minval.İnfo xəbər verir ki, özünü tam bir yüksəklik tutqunu olaraq adlandıran Maçeres heç bir pul xərcləmədən səyahət edir, hətta bu səyahətlərə görə maaş alır.

Belə ki, Maçeresin vəzifəsi havayolu şirkətlərinin yeni aldıqları, ya da iç məkanı yeni dizayn olunan təyyarələrin “first”, “business” və “ekonom” kabinələrinin komfortunu istifadəyə vermədən əvvəl test etməkdir.


Üstəlik, bu uçuşlar test məqsədli olduğu üçün təyyarədə Maçeresdən əlavə heç kim olmur. “Business Insider”-a müsahibəsində Maçeres işini aviasiya mütəxəssisliyi olaraq adlandırıb.

14 yaşından bu yana “BBC”, “Sky News” ve “CNN” kimi bir çox beynəlxalq media qurumlarına şərhçilik də edib: “İçimdə səyahət etmə virusu ilə doğulmuşam. Hələ uşaq ikən əlimlə buludları göstərdiyim videolarım da var. 8 yaşlarımda ailəm havayolu şirkətlərinin adlarını 5 fərqli dillərdə deməyimlə lağ edərdilər. Heç vaxt ailəmdə aviasiya ilə məşğul olan birisi olmayıb”.


Hələ 16 yaşında olarkən “Sky News”-la müqavilə imzalayaraq buranın işçi heyətinə daxil olub. İşinə daha çox vaxt ayırmaq üçün məktəbə yarı zamanlı gedib-gəlməyə başlayıb. Məktəbi bitirən kimi, bütün həyatını aviasiya sektoruna bağlayıb.

Maçeres, sərnişinlərin istifadəsinə verilmədən əvvəl bütün kabinlərdə oturacaqların və kabinin rahatlıq səviyyəsini test edir.


Onun işinə yalnız kabində səyahət sınaqları daxil deyil, eyni zamanda kabin içində şampandan yeməklərə qədər sərnişinlərə təklif olunan bütün qidalar və təyyarə içərisindəki bütün əyləncələri test edir.

Səyahət etmədiyi zamanlarda isə aviasiya ilə bağlı təzə xəbərləri izləyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]