Əsas Səhifə / Yaşam

Kafelərdə siqaret qadağası aradan qalxdı: Səbəb...

27-03-2018, 18:58
Kafelərdə siqaret qadağası aradan qalxdı: Səbəb...Ötən ildən ictimai yerlərdə siqaret çəkilməsi qanunlaqadağan olunsa da, təzədən kafe-restoranlarda siqaret çəkilməyəbaşlanıb.

Xeberman.com xəbər verir ki, bir müddət qanununtələbinə əməl olunmasına baxmayaraq, son 2 aydır əksər ticarətobyektlərində, kafelərdə siqaret çəkilməsi bərpa olunub.

Əməkdaşlarımız olduğu bəzi çayxana, kafe, publarda siqaretyasağına əməl olunmadığını görüblər. Halbuki həmin obyektlərinsahibləri siqaret çəkilməsini qadağan etmişdilər.

İctimai yerdə siqaret çəkilməsi ilə bağlı cərimələr tətbiqolunması nəzərdə tutulsa da, bu mexanizmi hansı qurumun həyatakeçirəcəyi hələlik müəyyənləşməyib. Ona görə də ticarətçilərmüştəriləri itirməmək üçün siqaret çəkilməsinə icazə verirlər.Hərçənd, siqaretə 30 manat cərimə nəzərdə tutulur.

Obyekt sahibləri isə deyirlər ki, müştəri cərimə ödəməkistəməyəcək. Müştəri ilə mübahisə isə iaşə obyektini, kafeni,restoranı gözdən salacaq, bu da müştərinin itirilməsi ilənəticələnəcək.

Qeyd edək ki, səhiyyə, elm və təhsil müəssisələrində,muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında,sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digərkütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosialxidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibatibinalarında, dəmir yolu vağzallarında, avtovağzallarda(avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində,beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmalarıüzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində vətaksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində vəümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlikəraziləri hüdudlarında siqaret, sulu qəlyan və elektron siqaretinçəkilməsinə icazə verilmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]