Xəbərlər

Ekspert: Siqaret bütünlüklə qadağan olunmalıdır

13-04-2017, 11:32

Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunacağı yerlərin siyahısı açıqlanıb.

Xeberman.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin son variantında əksini tapıb.

İqtisadçı ekspert Zahid Məmmədov deyir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə qapalı məkanlarda siqaretin çəkilməsi bir qayda olaraq qadağandır:

“Bu, müzakirə mövzusu deyil. Dünyanın heç bir ölkəsində qapalı yerlərdə siqaretin çəkilməsinə icazə verilmir. Bu, uşaqların tərbiyəsi, ailənin qorunması üçün vacibdir”.

“Bir iaşə obyekti bundan ziyan çəkəcək deyə, milyonlarla insanın həyatını təhlükəyə atmaq olmaz. Bu qanun təcili olaraq qəbul olunmalıdır. Ümumiyyətlə, siqaret bütünlüklə qadağan olunmalıdır”, - deyə o bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]