Xəbərlər / Kriminal

Bakıdakı atışmanın TƏFƏRRÜATI - Rusiyadan gələn 2 azərbaycanlı qruplaşma imiş

25-03-2018, 15:38
Dünən Nərimanov rayonunda baş verən silahlı toqquşmanın təfərrüatı məlum olub.

Xeberman.com xəbər verir ki, hadisə "Laləndə" mərasim evinin yanında baş verib.

Məlum olub ki, odlu silahla öldürülən şəxs ötən gün Masallıda 1 nəfəri güllələyən 41 yaşlı Zaur Əliyevdir.

O, ötən gün hadisəni törədəndən sonra Bakıya qaçsa da, hüquq-mühafizə orqanları onun izinə düşüblər. DİN-in əməkdaşları cinayətkarı tutmaq istəsələr də, o, silahlı müqavimət göstərib. Nəticədə polis, cinayətkarı vuraraq zərərsizləşdirilib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayet işi başlanıb.

Xatırladaq ki, ötən gün Masallıda güllə yaraları alan 65 yaşlı Qızlavar kənd sakini Ağayev Ağəddin Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin Zaur Əliyev onu təqib edərək Masallıda güllələyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]