Dünya

Terrorçular bu villalarda lüks həyat sürürmüş - Video

21-03-2018, 16:29

Afrinin strateji əhəmiyyəti olan bölgəsi Kafr Cennedə PKK/PYD terrorçularının villalarda lüks həyat sürdüyü ortaya çıxıb.

Afrin və ətrafının rahatlıqla nəzarət edilə bilən təpəsində yüzlərlə villa yerləşir. Səssizliyin hökm sürdüyü Kafr Cennedə ruslar tərəfindən PYD terrorçuları üçün yaradılan təlim düşərgəsi hazırda ASO-nun qərargahı kimi istifadə olunur.

"Bura strateji əhəmiyyətli bir bölgə olduğu üçün PYD/PKK-çılar buradan 4 yola nəzarət edirdilər. Buradakı yollar Məryəmin kəndinə çıxdığı üçün Bafelyun dağı da burdan gözətlənirdi. Afrinin ana qapısı buradan keçir. Aşağıda da rusların bölgədəki əsgərləri var idi. Kənddəki villada PKK-çılar məskunlaşmışdı. Villalar ələ keçirildikdən sonra PKK-nın bayraqları və avadanlıqları üzə çıxıb", - ərazi haqqında məlumat verən ASO əsgəri bildirib.

Qeyd edək ki, bölgədə axtarış-təmizləmə işləri bitdikdən sonra Kafr Cennedəki villalar sakinlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, terrorçuların lüks həyatı ilə bağlı bundan öncə fotolar yayılmışdı. // Axar.az


Administratorla əlaqə

077 611-55-22

[email protected]