Xəbərlər / Maraqlı

“Quran-i Kərim”i yerdən götürmək istədi, şəhid oldu

14-03-2018, 14:31

Türk Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində terrorçulara qarşı aparılan “Zeytun budağı” əməliyyatında şəhid olan hərbçi (uzman çavuş - red.) Orhan Sürmenin necə və hansı şəraitdə şəhid olması məlum olub.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, O. Sürmen Afrinin Dermaşanlı kəndində terrorçular tərəfindən yerə qoyulmuş “Quran-i Kərim”i götürməyə, daha doğrusu, ona bağlanmış patlayıcını zərərsizləşdirməyə çalışarkən, patlayıcının işə düşməsi nəticəsində şəhid olub.

Qeyd edək ki, həmin vaxt səkkiz türk əsgəri də ağır yaralanmışdı.

23 yaşlı O. Sürmen doğulduğu Kahramanmaraşda dəfn olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]