Siyasət

Milyarderin ledisi Tovuzdan deputat olmaq istəyir

21-03-2018, 02:08
Putinin dostu professor İlham Rəhimov keçmiş xanımı, işgüzar xanım, müğənni Ruhi millət vəkili olmaq arzusundadır.

Ruhi qarşıdan gələn parlament seçkilərinə qatılacaq və Tovuz rayonunu təmsil edən xanım deputat Qənirə Paşayeva ilə rəqib olacaq.

Müğənninin iki oğlunun atası olan Rəhimovun onu arzusuna qovuşdurmaq üçün bütün imkan və əlaqələrini işə salacağı şübhəsizdir.

Məlumata görə, professor apreldə keçiriləcək prezident seçkilərindən sonra bu niyyətlərini gerçəkləşdirmək üçün hakimiyyətin yuxarı eşelonunda qərar tutan dostları ilə də müəyyən müzakirələr aparacaq.

Onun Ruhini həm də xeyriyyəçi kimi cəmiyyətə təqdim etmək üçün, Tovuzda müxtəlif xeyirxah işlər gerçəkləşləşdirəcəyi də gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]