Ölkə

Sumqayıtda Doğum evinə yeni baş həkim təyin olundu: ananın işlədiyi müəssisəyə qızı rəhbərlk edəcək

17-03-2018, 17:51
Sumqayıtda Doğum evinə yeni baş həkim təyin edilib.
Xeberle.com-un məlumatına görə, Binnətzadə Xədicə Razim qızı 2 nömrəli Doğum evinin baş həkimi təyin olunub.
Yeni rəhbər artıq tibb müəssisəsinin kollektivinə təqdim olunub. O, kollektivə heç də yad adam deyil. Belə ki, X.Binnətzadə bu təyinata qədər həmin doğum evində mamalıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni baş həkim sözügedən doğum evinin həkimi Emilya Hüseynovanın qızıdır.
Xatırladaq ki, 2 nömrəli Doğum evinin baş həkimi Arzu Məhərəmova fevral ayında tutduğu vəzifədən azad olunmuşdu və həmin vəzifəyə təyinat olmamışdı.
Elnarə Salamova

Administratorla əlaqə

077 611-55-22

[email protected]