Əsas Səhifə / Xəbərlər / Gündəm

Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgər dəfn edildi

23-10-2017, 13:11
Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgər dəfn edildi
Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu Zeynalov Cabbar Firuddin oğlu bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib.

Xeberman.com APA-nın Mil-Muğan bürosunu istinadən verdiyi xəbərə görə, 18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]