Xəbərlər

Seçkiləri 22 min yerli müşahidəçi izləyəcək

11-03-2018, 11:33

Bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.

BakuPost-un məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçi düşməsi deməkdir.

MSK sədri indiyə qədər ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]