Əsas Səhifə / Şikayət

İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü özünü yandırdı – Bakıda dəhşətli hadisə

5-03-2018, 13:51
İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü özünü yandırdı

Xeberman.com-un verdiyi məlumata görə, Bəhruz Feyruz oğlu Zeynalov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Mərkəzin baş həkimi Şöhrət Məmmədovun "Ölkə.Az”a verdiyi açıqlamayada deylir:

"Xəstə dünən bədəninin bir neçə yerinin yanması diaqnozu ilə daxil olub. Əsasən boyun, burun və əl nahiyyələri yanıb. Lazımı yardımlar göstərilib, vəziyyəti stabildir”.

Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.

İlkin dindirmələr zamanı B.Zeynalov sürücü işlədiyi "Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]