Xəbərlər / Şou-biznes

“Eurovision” mahnımız internetdə yayıldı - VİDEO

4-03-2018, 12:55

Bu il Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı yarışması keçiriləcək.

Hafta.az xəbər verir ki, Azərbaycanı bu yarışmada Aysel Məmmədova təmsil edəcək. Onun ifa etdiyi mahnı “X my heart” adlanır. Mahnı artıq “Youtube” sosial şəbəkəsinə yerləşdirilib.

Qeyd edək ki, “Eurovision”un son qalibi ötən il Portuqaliyadan olan Salvador Sobral ("Amar Pelos Dois" mahnısı ilə) olmuşdu. Bununla da Portuqaliya ilk dəfə bu yarışmaya ev sahibliyi etmək hüququ qazanıb.

Müsabiqənin yarımfinalları 2018-ci ilin 8 və 10 may, finalı isə 12 may tarixlərində baş tutacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]