Gündəm / Dünya

Trampın kürəkəninə şok qadağa

1-03-2018, 00:30
ABŞ Prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerin Ağ Evdə keçirilən yüksək səviyyəli təhlükəsizlik toplantılarında iştirakı qadağan edilib.
Xeberman.com xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.
Məlumata görə, Cared Kuşner və bir sıra digər müşavirlərin toplantılarda iştirakının qadağan edilməsinə səbəb barələrində aparılan təhlükəsizlik istintaqının hələ də davam etməsi olub.
Qeyd edək ki, məlumatı Cared Kuşnerin vəkilləri də təsdiqləyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]