Müsahibə

Nurəddin Şirin : Biz arzulayırıq ki, zindandan dindarlar azad olunsun

24-02-2018, 22:04
Xeberman.com saytının "Siyasi dəyərləndirmə” layihəsinin ilk qonağı Türkiyənin tanınmış ictimai xadimi, "Qüds TV", "İsra Xəbər" Portalının direktoru Nürəddin Şirindir .Nürəddin Şirinlə Azərbaycanda keçirilən,seçkilər, Türkiyədə dini tvlərin bağlanması, Azərbaycanda həbs olunan inanclılar, Qarabağ probleminin həlli yolundakı açar və ümumi dəyərləndirmə…



1.Türkiyə ilə Azərbaycan arasında dövlətlər arası diplomatik əlaqələr var.Və bu əlaqələr səbəb oldu ki,Türkiyədə dini yöndə kanallar bağlandı məxsus da Azərbaycanla bağlı xəbərləri yayan kanallar.Hətta sizin də Qüds TV müəyyən vaxta qədər bağlı oldu.Bu gündən sonra Türk dövlətinin vasitəsi ilə Azərbaycan hakimiyyəti tərəfindən sizə qarşı və digər şiə camiəsinə qarşı hər-hansı bir təziq gözlənilirmi?



Hal-hazırda Türkiyə ilə Azərbaycan dövləti arasında siyasi münasibətlər irəli bir mərhələyə gəlmişdi.Bu doğru.Amma bizim Qüds TV-nin bağlanmasında, ya da 14 TV-nin bağlanmasında Azərbaycan dövlətinin bir şəkildə təsiri və təziqi olduğunu düşünmək mənim fikirimcə doğru deyil.Çünki bu daha çox Türkiyədə Suriya məsələsindən sonra bəlli bir cinahlar,hökümətin üzərində təsiri olan cinahlar daxildə ,bir də Ərəb rejimləri Səduə Ərəbistan, Qətər o zaman söyləyirəm həm Türkiyədə siyasi münasibətlər,həm də iqtisadi münasibətlər həm Suriya məsələsində bərabər hərəkət edirdilər.Türkiyədə dediyim kimi içəridə bəzi quruplar var,kəsimlər var ki,İslam İnqilabına ,İsalam Cümhuriyyətinə ,Hizbullaha müqavimət cəhbəsinə qarşı düşmənçiliq edən quruplar var hökumət içində təsirləri var ,bundan başqa yanlış provaqandalar var .Məsələn bizim Qüds TV-nin Türkiyənin milli mənfəətinə ,milli əmniyyətinə qarşı onun ziddinə qarşı verlişlər verdiyimizi söylədilər.Məsələn Türkiyənin İraqdakı politikalarına,Suriyadakı politikalarına etiraz etməyimiz Haşdişabi məsələsində hökumətin politikalarına etiraz etməyimiz ,Suriya məsələsində Türkiyənin politikalarına etiraz etməyimiz bunlar dövlətin acısından milli əmniyyətin əleyhinə olduğumuz kimi qiymətləndirildi.Mən bu kanalların bağlanmasında Azərbaycanın heç də təsiri olmadığını demirəm, vardı ,amma əsas təsir əvvəldə qeyd etdiyim təsirlərdi.



2.Nurəddin bəy Nardaran hadisəsindən sonra sizin Qüds TV-də İlham Əliyev rejiminə qarşı açıq-aşkar aqressiv çıxışlarınız oldu. Bu çıxışdan sonra sizin Azərbaycana gəlməyinizə qadağa qoyulması ilə bağlı Azərbaycanda söz gəzir.Azərbaycan hökuməti tərəfindən sizin Azərbaycana gəlməyinizə qadağa qoyulubmu?



Nə mən Azərbaycan dövlətinə rəsmi olaraq sorğu göndərmədim ,müraciyyət etmədim bununla bağlı,nə də mənə rəsmi olaraq elə bir sənəd təqdim olundu qadağa haqqında.Amma bunu bilirəm ki,biz İstanbulda lap başından bəri məscid sökülməsi,azan məsələsində ,özəlliklə hicab məsələsində doktor Səmədovun ,Hacı Abgülün,Hacı Talehin ,Hacı Zülfüqarın,Seyid Fəramizin həbsindən, Hacı Vaqif Abdullayevin şəhadətindən sonra olsun biz etiraz aksiyaları etdik,yayımlarımız oldu,açıqlamalarımız oldu,Azərbaycan konsulluğunun önündə çıxışlarımız oldu. Bu proqramlardan sonra Azərbaycan dövləti çox rahatsız oldu. Bu narahatçılıqlarını Türkiyə Xarici İşlər Nazirliyinə də söylədi .Məxsus da mənim haqqımda İstanbuldakı Azərbaycan konsulosu sorğu göndərmişdi ki,kimdir bu Nurəddin?Hər zaman bizim əleyhimizə çıxışlar edir. Bir sözlə Azərbaycan dövlətinin mənim haqqımda narhat olduğunu bilirəm.Açıqlamalarını da bilirəm.Amma Azərbaycana girişimə qadağa qoyulması haqqında rəsmi bir əmir varmı onu bilmirəm.Mən bunu dəqiq bilirəm ki,bir gün Azərbaycana getmək istəsəm ya məni hava limanında buraxmayacaqlar,geri göndərəcəklər, ya da ki,həbsə edərlər.Çünki onların əlində mənim haqqımda çox dosyalar var.Onu bilirəm ki,Azərbaycan polisi,Azərbaycan isteparatı məni Azərbaycan dövləti üçün böyük bir terroris kimi görür.Amma mən Azərbaycanın əleyhinə deyiləm, Azərbaycan dövləti deyəndə ağıla Əliyev hökuməti gəlməz.Azərbaycan bir İslam məmləkətidir.Azərbaycan xalqı müsəlman bir xalqdır.Onlar bizim canımızdır,qardaşımızdır. Azərbaycan torpaqlarının 20%-dan çoxu Erməni işğalı altındadı.O torpaqlar bizim şərəfimizdir.O torpaqların işğaldan azad olması ən böyük vəzifəmizdir.Dolayısı ilə mən həm zehnimlə,həm ağlımla,həm əməllərimlə,həm ürəyimlə mən onsuzda Azərbaycanın yanındayam.Azərbaycan dövlətində hökumət olan Əliyev siyasətini, daxili politikalarını,müsəlmanlara,dindarlara qarşı zülümlərini,sionis rejimi ilə münasibətlərinə etiraz edirəm.Bu Azərbaycana qarşı olmaq,Azərbaycan xalqına düşman olmaq demək deyil.Azərbaycana qarşı kim olur? Azərbaycana qarşı ermənilər olur.Azərbaycana qarşı kim olur?Azərbaycanın yıxılmasını istəyənlər olur. Azərbaycan millətinin düşmənləri olur.Mən Azərbaycanın bir qarış torpağına belə canımı verərəm.Sevə- sevə verərəm.Yol açsınlar, imkan versinlər mən Türkiyədən bir qurup hazırlayım Qarabağa gedək və Qarabağ üçün döyüşək.Biz buna da hazırıq.



3.Nürəddin bəy müsahibəmizi belə bir sualla tamamlamaq istərdim. Bu il Azərbaycan prezident seçkisinə gedir.Seçki öncəsi gözləntilər var ki,İlham Əliyev həbsdə olan bir çox dindarları əfv edəcək.Həm seçkiyə,həm də dindarları əfv etmək məsələsinə olan fikirinizi bilmək maraqlıdı.


Birincisi daxili barış yoxdur.Niyə yoxdur? Çünki Azərbaycanda üst-üstə,alimlər,gənclər,dindarlar,siyasətçilər,aydınlar həm həbs olundular,həm əzildilər,həm işgəncə gördülər,uzun müddət həbsdə oldular ,məhkum oldular.Bunların sevənləri var,tərəfdarları var,dostları var,yəni ailələri var.Azərbaycan xalqı Azərbaycan hökümətindən çox yana oldu.Yəni aralarında bir düşmənçilik olduğunu görürük.Ağıllı bir siyasətçi,ağıllı bir yönətici erməni kimi bir düşmanı olan yönətici,torpağının 20%-ı işğal altında olan bir Prezident ilk öncə xalqının sevgisini qazanmalıdı,xalqının dəstəyini yanına almalıdı.Xalqının tələblərinə qulaqlarını açmalıdı,dinləməlidi.Xalqının inancına,dininə,müqəddəslərinə hörmətlə yanaşmalıdı.Dindarlara qarşı sayqılı olmalıdı.Dolaysıyla Əliyev bu yeni seçim zamanında bunu görür ki,yəni dindarlara qarşı etdiyi zülümlər,onları həbsə atmağı özünün əleyhinə oldu.Azərbaycan xalqı öz prezidentini prezident kimi deyil,sanki düşman bir ölkənin prezidenti kimi görür.Mən o insanları tanıyıram,sosial şəbəkələrdə izləyirəm.Onların valideynlərinin,uşaqlarının,bacı-qardaşlarının , xanımlarının açıqlamalarını dinləyirəm.Bu zülüm Azərbaycan xalqı arasında böyük bir öfgə,acı,nifrət yaratdı.Ağıllı və məntiqli siyasət odur ki,xalqın nifrətini deyil,sevgisini alsın.Xalqını qarşısına deyil,yanına alsın.Bunun üçün mütləqdi ki,Azərbaycan Prezidenti yeni seçimlər öncəsində öz səhvlərini və nəticələrini gördü.İlham Əliyev başa düşdü ki,xalqın ona qarşı etimadı yoxdu,inamı itib,müxalifləri çoxalıb.O seçim öncəsi bu əfvi etməsi vacibdi,mütləqdi.Ədalət acısndan da bu bir zülümdü,dindarların zindanda olması.Məntiq acısındanda baxanda Ağıllı bir siyasətçi xalqından güc alır,dəstək alır.Bu dindarların,alimlər zindanda olması onun dəstəyini ,gücünü zəiflədən bir şeydir.Biz arzulayırıq ki,əfv olsun zindandan dindarlar azad olunsun,bir daha dindarlara zülüm,haqsızlıq olunmasın.Türkiyə İslam dünyasındakı gerişmələrə səbəb Azərbaycandakı hadisələrə ilgi bir az arxa planda qalmışdı.Amma bu önümüzdəki aylarda Azərbaycan məsələsində Türkiyədə və dünyanın digər bölgələrində böyük çaplı fəaliyyətlər,açıqlamalar olacaq.Beynəlxalq hüquq müəssələri, təşkilatları çərçivəsində,siyasi partilar çərçivəsində ,qeyri hökümət təşkilatları çərçivəsində, vakifları,dərnəkləri çərçivəsində , bir çox zəmində Türkiyənin birinci gündəmində Azərbaycan olacaq.Bu da Əliyevi çox daha zor durumda qoyacaq.Beynəlxalq anlamda zor durumda qoyacaq.Çünki hər kəs bunu bilir ki,Azərbaycanda olan haqsızlıqlara və zülümlərə Türkiyədən göstərilən təpgilərin anlamı böyükdür. Çünki Türkiyə xalqı Azərbaycan xalqının parçasıdır.Biz bir millət iki dövlətik.Madəmki biz tək millətik ,mən də bu tək millətin evladı olaraq Azərbaycan yönətiminin bu qanunsuzluqlarına etiraz edirəm və etiraz etməyə davam edəcəyik.Fərd olaraq deyil sadəcə bir şəxs olaraq deyil,toplumsal bir irad olaraq,örgütlü bir irad olaraq ,güclü ,etgili bir irad olaraq ortaya qoyacağıq və inşallah bu seçgi qabağı istinasız olaraq bütün dindarların azad olması gerçəkləşər.Əks təqdirdə bu dindarların zindanda qalması,zindanlarda qalmağa davam etməsi Əliyev rejiminin ayağının altında qalan bir mina kimidi.Bu minalar partlasa Əliyev rejiminin gələcəyi olmaz.Ona görə də bu zülümün həm bitməsini,Azərbaycan dövlətinin məntiqlə,ədalətlə,hüquqla yenidən şəkillənməsini gözləyirik və arzu edirik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]