Kriminal

Bakıda "DTX-nın idarə rəisi" saxlanıldı

18-02-2018, 17:39
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı dələduzluq edən şəxs saxlanılıb.

Xeberman.com məlumat verir ki, Azərbaycan vətəndaşı Əliyev Eldəniz Kamil oğlu özünü DTX-nın Bakı rayon idarələrindən birinin rəisi kimi təqdim edərək, fırıldaq yolu ilə vətəndaşların pulunu mənimsəyib.

Eldəniz Əliyev operativ əməliyyat zamanı saxlanılıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində qaldırılmış iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda E.Əliyevin qeyri-qanuni fəaliyyətinin araşdırılması davam edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]