Kriminal
Şəmkirdə evdən 2 kiloqram narkotik çıxdı
19-06-2017, 22:44

Xeberman.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kür qəsəbə sakini Eldəniz Tağıyev saxlanılıb.
Onun evinə baxış zamanı ümumi çəkisi 2 kiloqrama yaxın 108 ədəd narkotik tərkibli bitkilər aşkarlanıb.
Bundan başqa, Eldəniz Tağıyevin evində istifadə üçün hazır olan qurudulmuş marixuana və çətənə kollarının toxumu da aşkar edilərək götürülüb.