Əsas Səhifə / Müsahibə

Iran Islam Inqilabının 39-cu il dönümündə iştirak edən saytımızın rəhbəri Polad Aslanovun səfər haqqında müsahibəsi.(FOTO)

16-02-2018, 16:53
Press-az.com, Xeberman.com saytının və Gənc Fikir qəzetinin,Məəsum jurnalının Zuhur Tv-nin təəsisçisi Polad Aslanov İran İslam İnqilabının 39-cu- il dönümü münasibəti ilə əlaqədar olaraq İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin və İslam Təbliğat Əlaqələndirmə Şurasının rəhbər şəxslərinin dəvəti ilə İran getmişdir. Bu barədə Press-az.com saytına Polad Aslanov özü məlumat verib. Polad Aslanov saytımıza bildirib ki, İran İslam İnqilabının 39-cu il dönümü münasibəti ilə əlaqədar olaraq Tehranda yüksək səviyyədə konfranslar təşkil olunmuşdur.Həmin konfranslarda ölkəmizdən 30-dan çox ziyalıları, siyasi partiya nümayəndələri, media təmsilçiləri iştirak edirdi. Bu konfransda tək Azərbaycan deyil, dünyanın hər bir yerindən sayılıb-seçilən ziyalılar,media təmsilçiləri,siyasi partiya nümayəndələri iştirak edirdi.




Konfransdan əlavə İran İslam İnqilabının 39-cu il dönümü münasibəti ilə xüsusi yürüş də təşkil olunmuşdur.Həmin yürüşdə milyonlarla insan iştirak edirdi. İran xalqı qərb mediasının,məxsus da siyasətçilərinin bildirdiyinin əksinə olaraq İslam dövlətinin mövcudluğundan narahat deyil,və əksinə qərbin gösdərmək istədiyi demokratiyanın əleyhinədir.


Qərbəqarşı,məxsus da ABŞ və İzrail əleyhinə yürüşdə şuarlar səsləndirirdi,İzrail,ABŞ bayraqlarını tapdalayır,onların liderlərinin karikaturalarını,şəkillərini meydanda gəzdirir,öz nifrətlərini bu tərzdə göstərirdilər.






Yürüş zamanı insanlar sanki, inqilabın keşiyində durduqlarını hər kəsə,məxsus da qərb siyasətçilərinə və mediasına göstərmək istəyirdi. Çox təəsüf ki, qərb siyasətçiləri ve mediaları isə bu möhtəşəm yürüşü görməzdən gəlir,İran xalqının azadlıq və İslam sevincini gözardı etməklə susurdu həmin günü. Qərbin yalançı siyasətindən və mediasından ,ən əsası ABŞ və İzrail işğalından və onların dəstəklədiyi terrorçulardan (erməni,İŞİD,PKKA və.s) cana doyan məzlum xalqların nümayəndələri,siyasətçiləri bu yürüşdə iştirak edirdilər. Məxsus Azərbaycandan , Suriya, İraq, Fələstin, Türkiyə və sair ölkələr konfransda təmsil olunurdu. Bir jurnalist kimi və ictimaiyyətçi kimi biz həmin xalqların təmsilçiləri ilə görüşlər keçirib, fikir mübadiləsi aparıb yaxından tanışlıq əlaqələri qurduq. Bu isə İran İslam İnqilabının əsas hədəfi idi birlik,həmrəlik. Məzlum xalqların arasında əlaqələr qurulur,birlik, bərabərlik yaranırdı.







Bir jurnalist kimi mənə maraqlı idi ki, bu İnqilabın keçdiyi yolları yaxından bilim və İnqilabda iştirak edən fədakar insanları yaxından tanıyım. Bu məqsədlə görmək arzusunda olduğum SAVAK zindanında olduq.(Savak İranın keçmiş Xüsusi Xidmət orqanının adıdır)Demək olar ki, o zindanda insana vahimə və qəm-kədər gəlirdi. Din alimləri, ziyalılar ,qadın, kişi demədən işgəncələrə məruz qalıb. Bir çoxlarının isə həmin zindanda şəhid olduqlarını gördük. Öz oxuyucularımıza zindan haqqında dərin məlumat vermək üçün çoxsaylı şəkilləri təqdim edirəm.



Tədbirdə Müqəddəs məkanlarda,məxsus İmam Rza ə-mın məzarı şərifində ,İmam Rzanın ə-mın bacısı Xanım Məsumənin məzarı şərifini ziyarət etdik, Azərabycan xalqının Qarabağ işğalından azad olmasını ,millətimizə Qərb hiyləsindən və fitnəsindən agahlıq və amanda olmasını Allahdan istədik. Digər məzlum xalqlara da dua etdik.Səfərin yekununda İslam İnqilabının banisi İmam Xomeyninin( r) evini də ziyarət etdik. Ziyarət əsnasında İslam İnqilabının başlanğıcı olan evdən xüsusi fotolar çəkdik , oxuyucularımız həmin evdə olmasalar da, heç olmasa fotolarla həmin evi ziyarət etsin.Böyük Din alimi,İran İslam İnqilabının rəhbərinin bu kiçik və yoxsul evdə yaşadığını siz oxuyucularımıza şəkillər vasitəsilə çatdırmaq istədim.


Sonda səfərimizi təşkil edən İslam Təbliğat Əlaqələndirmə Şurasının rəhbər şəxslərinə ,məxsus da bizlərə bələdçilik edən İslam Təbliğat Əlaqələndirmə Şurasının işçilərinin hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Bizim belə möhtəşəm tədbirdə iştirak etməyimizə vəsilə olan,dəvət edən İranın Azərbaycandakı Səfiri Cavad Cahangirzadəyə öz adımdan minnətdarlığımı bildirirəm.











































Administratorla əlaqə

077 611-55-22

[email protected]