İqtisadiyyat

Çində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə dair Konfrans keçirilib

7-02-2018, 12:36

Fevralın 6-da Pekində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyinin və Çinin Kommersiya Nazirliyinin təşkilatçılığı, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfrans keçirilib. İqtisadiyyat Nazirliyindən Xeberman.com-a bildirilib ki, Azərbaycan tərəfi konfransda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə iştirak edib. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Çinin "Kəmər və Yol" təşəbbüsünün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin bu strategiyanı dəstəkləyən ilk ölkələrdən olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Şahin Mustafayev qeyd edib ki, Azərbaycanın məqsədi "Trans-Xəzər Tranzit Dəhlizi"ni "Kəmər və Yol" layihəsinə inteqrasiya olunmaq və bütün iştirakçı ölkələrin qarşılıqlı iqtisadi mənafeyinə uyğun səmərə əldə etmək, eləcə də regionda sülhə və sabitliyə nail olmaqdır. Azərbaycan İpək Yolunun ölkəmizə aid olan hissəsinin yenidən qurulmasında həmişə fəallıq göstərmiş, Şərq-Qərb istiqamətində reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri vasitəsilə bu dəhlizin enerji komponentini təmin edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]