Media / Maraqlı

Məşhur aparıcının qardaşı ATV-də vitse-prezident oldu

7-02-2018, 00:46
Azad Azərbaycan televiziyasına (ATV) yeni vitse-prezident təyin edilib.

Xeberman.com xəbər verir ki, Qurban Səlimov adlı yeni vitse-prezident bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Q.Səlimov 1971-ci ildə Bakı şəhərində anadan olub. O, AzTV-nin məşhur aparcısı Dilarə Səlimin qardaşıdır.

Səlimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. ABA TV, Lider TV, İnternews Azerbaijan, “ADG plus production” kimi şirkətlərdə rejissor və qrup rəhbəri vəzifəsində çalışıb.

Bir çox sənədli filimlərin, televiziya verilişlərinin və reklam çarxlarının ssenari müəllifi və rejissorudur.

Ailəlidir, iki övladı var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]