Müsahibə

Rejissor Natiq Axunda qoyulan qadağa aradan qaldırıldı

6-02-2018, 22:43
Rejissorun ölkədən çıxışına qoyulan qadağa aradan qaldırıldı.

Xeberman.com-un verdiyi məlumata görə, bu barədə rejissor Natiq Axund Minval.info-ya məlumat verib. O, “stop”un səbəbini saytımıza açıqlamasa da, bununla əlaqədar keçirilən məhkəmə prosesinin uğurlu yekunlaşdığını qeyd edib:

“Heç bir problem baş vermədi, ölkədən çıxışıma qoyulan qadağa ilə bağlı anlaşılmazlığa son qoyuldu. Qanun çərçivəsində bu maneə aradan qaldırıldı. Suraxanı Rayon Məkəməsinin icraçısı Rövşən Əliyevə və hakim Zülfüqar Sadıqova xidməti vəzifəsinin öhdəsindən vicdanla gəldiyi üçün öz dərin minnətdarlığımı bildirirəm”.

O həmçinin qeyd edib ki, artıq fəaliyyəti ilə əlaqədar olaraq hazırda Türkiyədədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]