Mədəniyyət / Maraqlı / İslam

Daha bir məşhur aktyor müsalman oldu

6-02-2018, 02:18
Aktyor Robert Pattinson, verdiyi müsahibədə "Bir məscidə girəndə həyatım dəyişdi". Deyib Müsəlman olma prosesini danışmışdı. Bu məlumatın yazılmasını, istəməsə də, sözləri anında sızdırıldı.

"Alaqaranlıq" seriyalı ilə məşhurlaşan aktyor, Robert Pattinsonun Müsəlman olduğu iddia edilib. İddialara görə, aktyor Robert Pattinson, verdiyi bir müsahibədə Müsəlman olduğunu söyləmişdi.

"BİR MƏSCİDƏ GİRDİM HƏYATIM DƏYİŞDİ"

Media24.Az "Posta"ya istinadən Pattisonun nəşr olunmayan açıqlamasını təqdim edir: "2010-cu ildə Los Ancelesdə gəzərkən gördüyüm bir məscidə girəndə həyatım dəyişdi. Çox müsbət və maraqlıyam. İslam haqqında araşdırmağı və daha çox şeylər öyrənmək istəmişdim. Oradan çıxanda dərhal İngilis Dilində bir Quran götürüb oxudum. Oxumağa başlayar başlamaz hiss etdim ki. Vaov! Bu həqiqət imiş"

"MÖVZUYLA BAĞLI ÇIXIŞIM MENECERİM TƏRƏFİNDƏN QADAĞAN OLUNDU"

"Bir il sonra evimi dəyişdirərkən kitabxanamda İslam dini haqqında kitablar tapdım və dərhal oxudum. Müsəlmanların tolerantlıq anlayışı mənim üçün tam bir maarifçilik oldu. Bu məsələ ilə bağlı daha çox çıxışım isə menecerim tərəfindən yasaqlandı. Mən İslama olan marağımı saxlamaq istəmədim, amma menecerim bir az gözləməyimi və bunu yaxşıca düşünməyi söyləmişdi. Mən də bunu etdim və bir bazar günü həqiqətən Müsəlman olmağa qərar verdim. Tək istədiyim dostlarım və ailəmdən dəstək almaq idi".

Administratorla əlaqə

077 611-55-22

[email protected]