Xəbərlər / Şou-biznes

Müğənnilərin dil qüsurları araşdırılacaq - VİDEO

3-02-2018, 13:12
Müğənnilərin dil qüsurları araşdırılacaq - VİDEO
AMEA-nın dilçilik institutu musiqiçilərdəki dil qüsurları barədə monitorinqlərə başlayıb. Bundan sonra müğənnilərin ifasında, nitqində yol verilən dil qüsurları da yoxlanılacaq.

Xeberman.com xezerxeber.az-a istinadən bildirir ki, müğənnilərin musiqilərdəki dil qüsurları araşdırılacaq.

AMEA-nın Dilçilik institutu tərəfindən musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb. İnstitutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, burada hədəf müğənnilər yox, ifa və ifadakı qüsurlardır

Şöbə müdiri qeyd edib ki, musiqi ruhi qida olmaqla yanaşı, şüuraltı şəkildə təsir edən bir vasitədir. Ədəbi dildə düzgün danışmaq və nitqi qorumaq müğənilərin də borcudur. Aşkarlanan dil qüsurları ictimaiyyətə açıqlanacaq.

Müğənnilər də etitaf edirlər ki, həmkarları arasında nitqində qüsur olanları çoxdur. Bu səbəbdən də monitorinqin keçirilməsi məqsədəuyğundur.


Administratorla əlaqə

077 611-55-22

[email protected]