Siyasət

Emin Hüseynov AXCP ilə REAL-ı bir-birinə qırdırır: İqtidara işləyirsiz... - Qalmaqalı

28-01-2018, 18:07
Emin Hüseynov AXCP ilə REAL-ı bir-birinə qırdırır: İqtidara işləyirsiz... - QalmaqalıAzərbaycan vətəndaşlığından xaric olunan jurnalist Emin Hüseynovun seçki.az saytı AXCP ilə REAL arasında gərginliyə səbəb olub

Press-az.com xəbər verir ki, tərəflər sosial şəbəkələrdə bir-birinin ünvanına ittihamlar səsləndirirlər.

Seçki.az-ın virtual səsverməsində REAL-ın həbsdə olan sədri İlqar Məmmədovun 1-ci yerdə getməsi cəbhəçilər tərəfindən iqtidar trollarının layihəsi kimi qiymətləndirilib.

Bəziləri hesab edir ki, E.Hüseynovun bu səsvermə ilə müxalifətdə qovğa yaradıb və iqtidara xidmət göstərib. Əvəzində isə qardaşı Mehman Hüseynovun azadlığa buraxılacağı vəd edilib.

Başqaları da REAL-ın hakimiyyətin bir qanadına işləməkdə ittiham edib. Cəbhəçilərin bu çıxışları əməlli-başlı qarşıdurmaya səbəb olub.

REAL funksioeri Erkin Qədirli Feysbukda yazıb ki, AXCP-çilərin İlqar Məmmədovu guya müdafiə etdiklərini yazması ikrah doğurur:

“İlqar azadlıqda olanda da, onu söyürdülər, azadlığa çıxandan sonra da söyəcəklər. İlqar bir gün Prezident ola biləcəksə, adını "Məmmədov rejimi" qoyacaqlar. Sistem problemidir. Natig Jafarli , boş ver, baş qoşma”.

AXCP Rəyasət Heyəti üzvü Natiq Ədilov ona sərt şəkildə cavab verib: “Erkin Qədirli, yalan danışırsan. Səndə ikrah doğuran isə “AXCP'çilərin İlqar Məmmədov'u guya müdafiə etdiklərini yazması” deyil.

Cəbhəçilərin gözlərinin üstünüzdə olmasıdır. Hakimiyyətlə iş birliyi içində olmanızı dərhal ifşa etməsidir. Özünə müxalifət deyə-deyə hakimiyyətdəki qanadların birilə iş birliyi içində olmanızı gizlətmənizə imkan vermirik.

Ona görə yazdıqlarımız sizdə ikrah doğurur. Yazırsan: “İlqar azadlıqda olanda da, onu söyürdülər, azadlığa çıxandan sonra da söyəcəklər. İlqar bir gün Prezident ola biləcəksə, adını "Məmmədov rejimi" qoyacaqlar.”

Birinci cümlə tam yalandır. Sübutu: 2010-cu il seşkilərində AXCP Müsavatla blokda olduğu halda İlqar bəyin namizəd olduğu seçki dairəsində İlqar Məmmədovun namizədliyini müdafiə edib. Buna görə Müsavatla arada xırda narazılıq da olub. Çünki həmin dairədən Müsavatın namizədi var idi.

2-ci cümlə: bu baxır İlqar bəyin həbsdən sonra özünü necə aparmasına. Həqiqi müxalifət mövqeyində qalacaqsa, heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Əməkdaşlıq etməyə çalışacağıq.

Yox, birdən Natiq Cəfərliyə və sənə qoşulsa, bizli – bizsiz cəmiyyət onu da ifşa edəcək. Bu xalq nə nə aslanlar görüb ki, həbsdən sonra tanınmaz olub. Ona baxarıq.

FİA.Az xəbər verir ki, REAL icraçı katibi Natiq Cəfərli soğruya münasibət bildirib.

O, Feysbukda yazıb: “İstənilən sorğu, səsvermədə ciddi qüsurlar, hətta ən elmi yanaşma ilə aparılan sorğularda belə, azı 3-5% yanılmalar olur.

Bizim kimi qapalı, azadlıqlar məhv edilən ölkələrdə isə, ümumiyyətlə, sorğu tam mənasız bir məşğuliyyətdir.

Hələ-hələ internet üzərindən aparılan sorğular isə heç bir elmi analizə əsaslanmır, heç bir məntiqi izahı olmur.

Şəxsən mən və REAL-ın yaxın çevrəsi bu "seçkilərdən" son günlər xəbər tutmuşuq, dünən bilmişəm ki, hətta mənim də adım olub, sən demə bir neçə mərhələ də keçmişəm - bu məlumat mənim üçün sürpriz oldu.

Bəzi insanlar israrla məlumat tirajlayırlar ki, bəs YAP-ın trolları İlqar bəyə səs verirlər. Belə bir iddia səsləndirmək, ən azı, məntiqsizlikdi.

Hökumət İlqarı həbs edəndə elə həmin çevrələr hər yerdə deyirdilər ki, hakimiyyət İlqarı həbs edib ki, reytinqini qaldırsın, onu populyar etsin ki, köhnə liderlər önə çıxmasın. Hətta həyasızcasına deyirdilər ki, İlqar hökumətin adamıdır, hər şey danışılıb”.

AXCP üzvü Nihat Hüseyn: “Cəbhə sorğu ilə bağlı Reala nə dedi? Dedi ki, siz saxtalaşdırmısız?

Cəbhəçilər dedi ki, hökümətin troll komandası İlgara səs verib, aramızı vururlar, Kərimlini hörmətdən salırlar.

Realla bağlı polemikaların kökü Natiq Cəfərlinin yalan danışmağıdır. Bunun müzakirəsi gedir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]